Ru
21:24 / 20 May 2018

Ordumuzun şəhid verməsiylə bağlı XİN-dən açıqlama

1986
Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olmasına münasibət bildirib.


XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev BakuPost-a açıqlamasında həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı verdiklərini bildirib.  


H. Hacıyev deyib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir: "Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər