Ru
11:38 / 15 İyul 2018

Ordumuz erməni kəşfiyyatçını əsir götürdü - FOTO

2875
İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.


Müdafiə Nazirliyindən BakuPost-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.


Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.


Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər