Ru
13:28 / 16 Oktyabr 2018

Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı təklif verdi - “Parlamentə gəlsinlər və...”

1919
Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı təkliflə çıxış edib.


BakuPost xəbər verir ki, o, aidiyyəti qurumların parlamentə dəvət olunmasını və məsələnin bu şəkildə müzakirəyə çıxarılmasını təklif edib: "Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, "Azərsığorta”nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun”.


Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər