Ru
12:45 / 18 Yanvar 2017

- Nurlana Əliyeva Kamal Abdulladan danışdı “Onu BSU-nun tarixindən silmək mümkün deyil”

4667

"Kamal Abdulla bura 16 il rəhbərlik edib, onu Bakı
Slavyan Universitetinin tarixindən silmək mümkün deyil”.

BakiPost.az xəbər verir ki, bu sözləri bu gün
jurnalistlərlə görüşündə BSU-nun yeni rektoru Nurlana Əliyeva Kamal Abdulla ilə
bağlı verilən suala cavabında deyib. Rektor qeyd edib ki, K. Abdullanı
universitetin tarixindən silmək cəhdi hörmətsizlik olar: "Kamal Abdullanın bu
illər ərzində universitetə rəhbərlik etməsi tarixi faktdır. İndi durub bunu inkar etmək qətiyyən olmaz. Əgər ona qarşı belə bir cəhd olarsa, bu, bizim qədrbilməzliyimiz,
öz tariximizə hörmət qoymamağımızın əlaməti olar.

 

Mən burada nə qədər işləyəcəyimdən asılı olmayaraq,
BSU-nun tarixinə yazıldım artıq. Mən şübhəsiz ki, Kamal müəllim qədər işləyə
bilmərəm, çünki 70 yaşım var. Lakin hansı müddətdə BSU-ya rəhbərlik etməyim
universitetin tarixinə düşdüyüm gerçəkliyini dəyişə bilməz”.

Qeyd edək ki, bu gün bir neçə mətbu orqanın rəhbər şəxsləri
BSU-da imtahanların gedişini izləyib, ali məktəbdə aparılan təmir-quruculuq işləri
ilə tanış olublar.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər