Ru
16:10 / 29 Mart 2017

“Onların qarşısında şərt qoymuşuq...” - Vüsal Kərimli

1761
2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək.


Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.


Onun sözlərinə görə, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".


V.Kərimli bildirib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".


Agentlik rəhbəri Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobusların olduğunu da vurğulayıb: "Hazırda Bakıda marşrut xətlərində 2100 avtobus fəaliyyət göstərir. Onlardan 2083-nə fərqlənmə nişanı verilib. Amma fərqlənmə nişanları almayan avtobusların olması barədə də məlumatımız var. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər