Offşor zonalara köçürülən pullara görə vergi tutulacaq

Offşor zonalarda olan ölkələrə köçürülən pullara görə ödəmə mənbəyindən 14% vergi ilə yanaşı, əlavə olaraq 10% vergi tutulur”. 
 
"Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
N.İmanov qeyd edib ki, bu, həmin ərazilərdə olan şirkətlərin məlumatlarının tam açıqlanmaması ilə bağlıdır: "Bilirsiniz ki, "vergi cənnətləri” adlanan bu ölkələrdə fəaliyyət göstərən şirkətlər haqqında məlumatların açıqlanması qanunla qadağan edilib. 

Ola bilsin ki, buradakı hansısa şirkətlər "çirkli pullar”ın yuyulması ilə məşğuldur. Ona görə də, həmin ölkələrə pul köçürərkən ehtiyatlı olmaq lazımdır”.

Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər