“Obamanın dünyanı məhv etmək üçün əlavə iki günü də var” - Zaxarova

Rusiya Barak Obamanın 9 günlük prezident müddətindən narahatdır.
 
Modern.az saytı xəbər verir ki, Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Barak Obamanın son 9 gün içində edə biləcəklərindən narahat olduğunu dilə gətirib.

Mariya Zaxarova sosial şəbəkədə bu məsələ ilə əlaqədar yazıb: "Hər gün Vaşinqtondan gələn yeni xəbərləri oxuyuram. Rusiyaya qarşı yeni sanksiyalar, Suriyada terrorçulara raketlərin verilməsi, ABŞ xarici işlər nazirliyinin bütün sahələrdə məntiqsiz hərəkətləri. Tanrı dünyanı 7 günə yaradıb. Obamanın dünyanı məhv etmək üçün əlavə iki günü də var".
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər