Ru
09:50 / 21 Yanvar 2017

Obama Ağ Evi helikopterlə tərk etdi - VİDEO

1087
ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden yeni dövlət başçısı Donald Trampın inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər.

 

APA-nınn məlumatına görə, Obama andiçmə mərasiminin keçirildiyi ABŞ Konqresinin binasının qarşısından helikopterlə gedib.

 

Helikopter Hərbi Hava Qüvvələrinin Endrüs bazasına enib. Oradan isə Barak Obama ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Bununla da Barak Obama prezident helikopteri ilə sonuncu dəfə uçmuş olub.

 

Co Bayden isə avtomobillə Delaver ştatındakı evinə yollanıb.

 

 



 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər