Ru
14:23 / 18 Yanvar 2017

“O qaz Azərbaycana pulsuz verilir, niyə qiyməti artırılır ki?” - Natiq Cəfərlidən SOCAR-a etiraz

7273

"SOCAR təbii
qazın qiymətlərinin artırılması üçün müraciət etsə belə, Tarif Şurası və dövlət
orqanları bu qərara baxmamalıdır. Qərar geri qaytarılmalıdır”.

BunuBakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli SOCAR-ın vitse-prezidenti
Süleyman Qasımovun manatın ucuzlaşmaqda davam edəcəyi təqdirdə, qurumun aidiyyəti
qurumlara müraciət edəcəyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.


Onun
sözlərinə görə, SOCAR rəhbərliyinin sözügedən açıqlamasında ziddiyyətli məqamlar
var:
"Çünki SOCAR rəhbərliyi xaricdən aldıqları qazın maya dəyərinin baha
olduğunu, dollarla aldıqda valyutanın məzənnəsinin dəyişməsini, Azərbaycan
manatının dəyərdən düşməsini əsas gətirərək yenidən qazın qiymətinin
qaldırılması ilə bağlı müraciət edə biləcəklərini açıqlayıb. Amma SOCAR rəhbərliyi
özünün daxili resurslar və imkanlar hesabına hasil etdiyi qazı nəzərə almır.
Çünki Azərbaycanda SOCAR tərəfindən qaz hasil olur.


Həmçinin
Beynəlxalq əməliyyat şirkəti BP tərəfindən operatorluğu həyata keçirilən beynəlxalq
əməliyyat şirkətin də neftlə birgə çıxan səmt qazı Azərbaycana, ümumiyyətlə
pulsuz verilir.


Səmt
qazı Azərbaycana pulsuz verilirsə, Azərbaycanın özü SOCAR vasitəsi ilə qaz
hasil edirsə, nəyə görə xaricdən alınan qazın maya dəyərinin artması əsas gətirilərək
ümumi bahalaşdırılma ilə bağlı müraciət olunmalıdır? Niyə buna aydınlıq gətirilmir?”

İqtisadçı
bildirib ki, qazın qiymətinin yenidən artması əhaliyə ciddi zərbə ola bilər:
"Qazın
qiyməti çox qısa müddət əvvəl artırılıb. Yenidən belə artımın olması əhaliyə
ciddi zərbə ola bilər. Bundan əlavə, qaz istifadə edən istehsalçıların, kiçik və
orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.


Qeyd edək
ki, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov təbii qazın qiymətinin arıtırıla
biləcəyi ilə bağlı açıqlama verib "Manatın devalvasiyası SOCAR üçün əlavə zərər
yaradır. Ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat
həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür.


Üzən məzənnə
rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq
mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə
bağlı heç bir danışıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi
bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi
azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər