Ru
14:58 / 24 İyul 2017

Novxanı çimərliyinə dincəlməyə getdilər - 2 uşaqları boğuldu

1909
Ağstafa sakinləri Xəzər dənizində boğulub.

 

APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

 

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

 

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

 

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

 

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.

 

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər