Novruzda əfv olacaq - Siyahıda Əli İnsanov və İlqar Məmmədovun adı var

"Ötən gün Əfv Komissiyanın iclası keçirilib. Komissiyaya 800-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin 150-nə baxılıb".
 
BakiPost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
 
O bildirib ki, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: "Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq".
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:

"Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər-halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”.

 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər