Ru
13:13 / 27 Mart 2017

Novruz tonqallarında 7 uşaq xəsarət alıb

923
Novruz günlərində qalanan bayram tonqallarında 7 uşaq yüngül, 1 gənc isə ağır yanıq xəsarətləri alıb.


Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər


Məlumata görə, martın 19-dan martın 25-dək ən kiçiyi 3 yaşlı olmaqla 7 nəfər uşaq müxtəlif yanıq xəsarətləri ilə Mərkəzə yerləşdirilib: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 17 yaşlı oğlan isə üzünün hər iki nahiyəsindən yanıq xəsarəti alıb. Gənc oğlan stasionar yardım göstərildikdən sonra bu gün evə buraxılıb".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər