Ru
10:46 / 22 May 2017

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO

11083

Məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin
rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır.

Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen
fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı
İbrahim Nehrəmli və başqa iş adamları kimi "Beynəlxalq Bank” işində cəncələ
keçmişdi.

Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev
az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes "imperiyası” çökməkdədir.

BakiPost.az-ın əldə etdiyi xəbərə görə, oliqarxa məxsus
brilliant mağazası fəaliyyətini dayandırıb.


"PNN Group”un tərəfdaşlarından olan məşhur "De
Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən
mağazası artıq bağlanıb.


Şirkətin 2013-cü ildən Bakıda satışını həyata
keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir.
Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi
göstərilir.



Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının
mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq
N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.

İş adamının bir müddət əvvəl açdığı "Port Baku
Mall”da yerləşən dünyaca tanınmış "WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb.


"De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral
ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən "PNN Group”un digər
ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu.



"PNN Group”un əsas aktivləri neft kimyası sənayesində
və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir. "PNN
Group” "De Beers”lə yanaşı, "Hamley's” brendinin də tərəfdaşıdır.


Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini
dayandıran və N.Piriyevə məxsus "Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı
xəbərlər yayılmışdı.

Zavodun satılmasına səbəb kimi isə külli miqdarda
borcunun olması göstərilirdi. Məlumatlarda qeyd olunurdu ki, N.Piriyevin
zavodun inşasına 450 milyon dollar xərclədiyi barədə məlumatlar var. Zavodun
inşasına 120 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı kredit verib.
Geridə qalan kredit isə Beynəlxalq Bank tərəfindən ayrılıb. Hazırda zavodun
kredit borclarının 850 milyon dollara qədər şişməsi barədə məlumatlar var.

Havaya buraxılan karbon qazını azaltmağa xidmət edən
Metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə
layihələrindən biridir.

Onu da deyək ki, Nizami Nəsib oğlu Piriyev 1958-ci
ildə Gəncədə anadan olub. 1992-2002-ci illərdə "PNN Arkansas Inc” neft-qaz şirkətinin
prezidenti kimi fəaliyyət göstərən Piriyev sonradan Rusiyanın
«StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru olub.


2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub.
2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye
İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.


Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox
2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər
edən zaman tanış oldu.


Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda
tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə
iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200
min funt-sterlinq qonorar ödəyib.

Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada - Özbəkistanda,
Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı
istehsalı biznesi var.

AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib
Piriyevlərin Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən
media holdinqi var.


Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində
qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil.


Lakin bu qədər sərvəti olan oliqarxın Bakıda mağazalarının
bağlanması müəmmalıdır.


Emil Salamoğlu

Bakı Post


 

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı -  Milyonçunun çöküş səbəbi nədir?/ Təfərrüat/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər