Ru
08:33 / 29 Mart 2017

Niyazi küçəsində qəmbər daşların üstünün asfaltlanmasına başlanılır

575

"Formula 1" yarışı ilə əlaqədar aprelin ortalarından
etibarən Bakının Niyazi
küçəsində qəmbər
daşların üzərində asfalt örtüyünün çəkilməsinəbaşlanılacaq. Bunu Trend-əBakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri
Nigar Arpadarai deyib.

 

N.Arpadarai vurğulayıb ki, asfalt örtüyünün çəkilməsi prosesinin təqribən bir həftəyə qədər
davam etməsi nəzərdətutulur.

 

Onun sözlərinə görə, tikinti işləri
aparılan zaman günün müəyyən saatlarında həmin ərazidəavtonəqliyyat vasitələrinin hərəkətindəməhdudiyyətlər olacaq:

 

"Tikinti işləri
aparılan zaman çalışırıq ki, yollar çox bağlanmasın. Bağlanan zaman isə əvvəlcədən bu barədə ictimaiyyətə məlumat
veririk".

 

N.Arpadarai əlavə edib ki, "Formula
1" yarışı ilə bağlı
nəzərdə tutulan digər
işlər də plana uyğun olaraq davam
edir: "Həmçinin
aprel ayından etibarən
tribunaların quraşdırılmasına başlanılacaq. "Abşeron" tribunasının tikintisinə aprel, digər tribunaların tikintisinə isə may ayında start veriləcək".

 

Şöbəmüdiri əlavə edib ki, bilet satışı da nəzərdətutulmuş qaydada həyata
keçirilir: "45-dən
çox ölkədən biletlər alınıb. Bakıda keçiriləcək "Formula 1" yarışlarına insanları cəlb etmək üçün digər
ölkələrdə dəmüxtəlif tədbirlər həyata
keçirilir".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər