Ru
15:47 / 22 Yanvar 2018

Nikaha girənlərin nəzərinə - Hepatit B və C də yoxlanacaq

2021
Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbarı olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.


BakuPost-un APA-ya istinadən məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.


Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: "Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-nin də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər