Ru
13:10 / 19 Yanvar 2017

Nicat Rəhimov hərbi xidmətə getdi - FOTO

2134
Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov məşqlərini hərbi xidmətdə davam etdirir.

 

Apasport.az saytının məlumatına görə, millimizdən imtina edən 24 yaşlı idmançı bu ildən Qazaxıstan ordusunda xidmətə başlayıb.

 

Rio-2016-nın qalibi olan həmyerlimiz digər Olimpiya çempionu Dmitri Balandinlə birgə Astana şəhərindəki hərbi hissədə qulluq edir. Olimpiya çempionlarının hərbi xidmətə yollanması da Almatıda xüsusi təmtəraqla olub. Bura sadə azarkeşlərlə yanaşı, idman ictimaiyyətinin nümayəndələri də toplanıblar.

 

Rəhimov hərbi qulluqda olsa da, silahla deyil, ştanqla daha çox təmasda olacaq. Belə ki, o, ordu sıralarında da formadan düşməməyə çalışacaq. Bir sözlə, əsgərlik onun məşq prosesinə mane olmayacaq.

 

Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini də deyib: "Hər bir insan vətəninə xidmət etməlidi. Ordu hər bir kişinin keçməli olduğu məktəbdi. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.

 

Qeyd edək ki, idmançılara çağırış hələ Rio Olimpiadasından öncə gəlsə də, onlar təxminən 4 ay sonra hərbi xidmətə yollanıblar.  

 

Bakı Post

 

Nicat Rəhimov hərbi xidmətə getdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər