Ru
20:56 / 21 Avqust 2017

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

1035
Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək.


Trend-in məlumatına görə, NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. "Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.


Bununla əlaqədar NASA öz saytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, "Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.


Qeyd edək ki, "Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər