Neftin qiymətindən yeni xəbər

1651
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır.
 
BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 59 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 13-də 61,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər