Ru
23:07 / 27 Aprel 2017

Neftimiz yenidən bahalaşdı

780
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 54,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.


BakiPost.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 53,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 26-da 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 26-da 51,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər