Ru
14:57 / 25 Sentyabr 2018

“Neftçi”, “Zirə” və “Sumqayıt”ın baş məşqçilərinə CƏZA

1785
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


BakuPost AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın V turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.


Sentyabrın 22-də "Zirə” - "Neftçi” matçının 45-ci dəqiqəsində "Zirə” və "Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur.


Oyun sonrası mətbuat konfransında "Zirə” klubunun baş məşqçisi Samir Abasov hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.


Sentyabrın 23-də Premyer Liqanın V turunun "Keşlə” - "Sumqayıt” matçının 90+2-ci dəqiqəsində "Keşlə” klubunun 14 №-li futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.


Oyun başa çatdıqdan sonra "Sumqayıt” klubunun məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur.


"Qarabağ” - "Qəbələ” matçının 90+2-ci dəqiqəsində "Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər