Ru
12:07 / 16 Yanvar 2017

Neft niyə bahalaşmır?

640

"Hasilatın azaldılması ilə neftin qiyməti 60 dollara qədər
arta bilər”.

Bunu BakiPost.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şaban deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının normal inkişaf
tempi yerində olmasa, o zaman neftin qiymətləri 50 dollar, hətta ondan da aşağı
düşə bilər: "Qlobal bazarda ilin birinci yarısında hasilatın azalması olacaq.
Bu OPEC-in noyabrın 30-da verdiyi qərara əsasən baş verəcək. Bu gözləntilər nəticəsində
bazarlarda qiymətin nəinki sabitləşməsi, hətta qiymətin artımına nail olmaq
kimi planlar var. Bununla da neftin qiymətinin 55 və ya 60 dollar arasında bərqərar
olması, hətta müəyyən dövrdə 60 dollar psixoloji həddini keçməsi kimi
proqnozlar var. Bu, 2017-ci ildə olan ən böyük gözləntidir.

Eyni zamanda, Amerika 1973-ci ildə özünün neft
ehtiyatlarının yaradılması ilə bağlı bir qərar qəbul edib. 2017-ci ilin birinci
rübü ərzində neft ehtiyatlarının 5 hissəsinin təqribən 4oo milyon dollarlıq
neftin bazara çıxarılaraq satılması prosesi baş verəcək. Bu da çox maraqlı bir
prosesdir.

Çin bazarda daha çox neft idxalını artırır. Amma bunun
qiymətlərin artımına heç də o qədər böyük təsiri olmur. Çünki qlobal
iqtisadiyyatın inkişaf etmə templərinin artıq 2017-ci ildə daha da zəifləməsi
proqnozlaşdırılır. Belə bir tendensiyalar var ki, ümumiyyətlə neftin
qiymətlərində elə də dəyişiklik olmayacaq. OPEC ölkələrinin hasilatını
azaltmasıyla çox yaxşı bir pozitiv proqnozlar olacağı deyilsə də, ilin ikinci
yarısında bu, gerçəkləşməyə bilər”.


İlham Şaban bildirib ki, yanvar ayında neftin qiymətinin 6o
dolları keçməsi gözlənilirdi:
"2017-ci il şimal yarımkürəsində Avropa, Rusiyanın
Avropa hissəsində və Amerikada çox soyuq olacaq. Bununla da enerjiyə olan
tələbat artır. Faktiki olaraq tələbat artırsa, OPEC ölkələri neft hasilatını
azaldırsa, o zaman əslində yanvar ayında neftin qiyməti 60 dollar olmalı və ya
onu keçməli idi. Amma hələ ki biz bunu müşahidə etmirik”.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər