Ru
12:34 / 10 Fevral 2017

Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb - ŞOK rəqəmlər

3637

"Ötən il
Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4
milyard manat səviyyəsində olub”.

BakiPost.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.


O
bildirib ki, 2015-ci ildə ARDNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7
milyard manat təşkil edib:
"Göründüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə ARDNF-nin
gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7
milyard artıb. Bunun başlıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə
müqayisədə ötən il yüksək olmasıdır. Belə ki, Dövlət Statistika Komitəsinin
açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına
nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub.

Göründüyü
kimi, neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından
olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki
kompensasiya, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib.

Nəzərə
alsaq ki, ötən il ARDNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub. Bir
sözlə manatla xərclənib. Belə olanda da dünya bazarında neft qiymətlərinin
ucuzlaşması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da, milli valyutanın
devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə
bilib. Belə ki, ötən il 9,4 milyard manatlıq büdcə gəlirlərinə malik olan ARDNF-nin
xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam etəcəyi
real görünməsə də, yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın
devalvasiyasından asıldır”.

İqtisadçı
qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda
hökmran satışa malik olan ARDNF-nin maraqlarına birbaşa xidmətdədir:
"Onun
daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək
edir. Əks təqdirdə cari il üçün Dövlət Neft Fondunun büdcə kəsirinin onun xərclərində
payı 50 faizi ötə bilər. Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa,
manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa, onda konyuktur məzənnə
və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes
maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, ARDNF) tərəfindən
yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi
proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların
maraqlarına zidd olacaq. Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini,
qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar
aktivliyin sönməsinı daha da sürətləndirəcək”.

Sevinc
Yasinqızı

Bakı Post

Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb -  ŞOK rəqəmlər
Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb -  ŞOK rəqəmlər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər