"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kubokunun finalı keçiriləcək

1729
"Nə? Harada? Nə zaman?" üzrə I VAzərbaycan Kubokunun finalı keçiriləcək "Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun finalçıları məlum olub.
 
BakuPost xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun seçim mərhələsi başa çatıb.
 
Aprel və may aylarında baş tutmuş iki seçim turu nəinki paytaxtda, həmçinin ölkənin bir neçə regionunda keçirilmişdir. Bakıdakı yarışda ilk 16 yeri tutmuş komanda, regionlarda isə müvafiq region üzrə ilk yeri tutmuş komandalar Azərbaycan Kubokun finalında mübarizə aparmağa haqq qazandılar. Yaxın günlərdə Azərbaycan Kuboku finalının qrup oyunlarının püşkatma mərasimi keçiriləcək.
 
"Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun finalı 3 İyun 2018-ci il tarixində Park Inn Radisson otelində keçiriləcək.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər