Ru
22:14 / 22 Oktyabr 2018

- “Kamaz”dan qanunsuz kəsilmiş ağac çıxdı Nazirliklə polis birgə reyd keçirdi

2108
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.


Nazirlikdən BakuPost-a verilən məlumata görə, keçirilən reyd zamanı Yevlax rayonu ərazisində "Kamaz" markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 m3 həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.


Faktla bağlı avtomobilin sahibi Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90 manat məbləğində ziyan tətbiq olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər