Ru
14:07 / 16 Yanvar 2017

Nazirlikdən Soçidəki KVN qalmaqalıyla bağlı - Bəyanat

812
Azərbaycan Gənclər və İdman Naziriyi "Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalında Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin komandalarının iştirakı ilə bağlı bəyanat yayıb.


BakiPost.az-ın məlumatına görə, bəyanatda deyilir:


"Şən və Hazırcavablar klubları”nın KVN Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala "Bakı Yığması” ilə qatılıb. "Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq ittifaqı və "AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün gənclər və idman naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.


Qoyulan əsas tələbin isə, ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib.


Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə "Ermənistan yığması” adı altında Moskvadanı təmsil edib.


Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşmışdır. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmamışdır. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik "razminka”nı iştirak kimi təqdim etməyə çalışır.


Qeyd edək ki, Ermənistan 2-ci tura yalnız Moskvada olan "Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər