Ru
12:57 / 18 Yanvar 2017

Nazirlikdən Qafqaz Universiteti ilə bağlı - Açıqlama

1035

Təhsil
Nazirliyi ləğv olunan Qafqaz Universiteti ilə bağlı açıqlama yayıb.

Nazirliyin
mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, universitet rəhbərliyi
yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə
başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb:
"Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər
ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.


Qeyd
olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə
kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə
İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.


İşçi
qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə
köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi
və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb”.


Nazirlikdən
bildirilib ki, tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla
müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün
lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə
bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq:
"Universitetin hazırkı
tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan
sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq.

Tədris
prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil
Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq.

Tələbələrdən
universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur”.

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər