Ru
16:40 / 22 May 2018

Nazirlikdən növbəti reyd

1624
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən reyd keçirilib. ETSN-in mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib. Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli  "məcburi göstəriş” verilib.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər