Ru
14:47 / 19 Yanvar 2017

Nazirlikdə “Qafqaz”ın müəllim və tələbələri ilə iclas olacaq

1343

Bu gün Təhsil
Nazirliyində saat 16:00-da Qafqaz Universitetinin müəllimləri və tələbələri ilə
iclas keçiriləcək.


Bu bərədəBakiPost.az-a universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məlumat verib.


O
bildirib ki, rektor Havar Məmmədovun özü də iclasda iştirak edəcək:
"Müəllimlər
və tələbələr bütün məsələlər barəsində təlimatlandırılacaq. Tələbələrə
universitetin adının dəyişdirilməsi və digər məsələlər açıqlanacaq. Amma
hazırda universitetin daxili komissiyası olan "Təsisçilər Şurası” bağlanma
məsələsi ilə bağlı işləyir. Onlar son qərarını açıqlamayıb. Qərar veriləndən
sonra mətbuata açıqlama veriləcək. 23 illik tarixi olan universitetin hər şeyi
araşdırılır. Həmçinin hansı universitetlərdə tələbələrə uyğun ixtisasların
olması məsələsi də gündəmdədir. Şura bunu araşdırdıqdan sonra tələbələrin hansı
universitetlərə köçürüləcəyi açıqlanacaq”.


Rəcəb
Rza qeyd edib ki, yaxın bir neçə gün ərzində Qafqaz Universitetinin bundan
sonrakı taleyi ilə bağlı ictimaiyyətə tam açıqlama veriləcək.


Qeyd edək
ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elanda
bildirilib ki, Qafqaz Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv
olunur.

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər