Nazirlik tikinti şirkətini məhkəməyə verdi

710
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib.

Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin "Grand Plaza” MMC-yə verildiyi məlum olub. Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib. "Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanuna müvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon Məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər