Ru
11:15 / 22 İyun 2018

Nazirlik Sabirabadda reyd keçirdi - Ağackəsən cərimələndi

1409
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkar olunub.


Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər