Ru
11:17 / 27 Aprel 2017

Nazirlik gücləndirilmiş iş rejiminə keçdi - Meşə yanğınına görə

721
Rusiya - Azərbaycan sərhəddində, Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, yanğının Azərbaycan tərəfinə keçməsinin qarşısını almaq üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.


Qurumdan bildiriblər ki, yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi yoxdur:


"Meşə yanğınının Azərbaycan tərəfinə keçmək təhlükəsi gözlənilmir. Amma bütün hallarda əlaqədar qurumlar sərhəddə təhlükəsizlik tədbirləri görür".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər