Ru
11:37 / 19 Yanvar 2017

Nazirlik əməkdaşının evini qarət edən şəxs tutuldu

776
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.

 

Xatırladaq ki, mətbuatda H.Məlikzadənin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu barədə məlumatlar yayılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər