Ru
01:19 / 24 May 2018

Nazirlər Kabineti siyahıda dəyişiklik etdi - Bir qurum digərinin tabeliyinə verildi

2424
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.


BakuPost-un məlumatına görə, dəyişikliyə əsasən "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.


Bununla da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 3-ə çatıb. İndiyə qədər bu siyahıya "İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət və "ABAD” publik hüquqi şəxs daxil olub.


Qeyd edək ki, "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan prezidenti İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər