Ru
16:01 / 23 Yanvar 2017

Nazirdən “Qafqaz”ın tələbələri ilə bağlı - Əmr

1574

Təhsil naziri Mikayıl Cabbarov Qafqaz
Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin
təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

BakiPost.az xəbər verir ki, nazirin əmrinə əsasən Qafqaz
Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi
və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı
tərkibdə İşçi qrup yaradılıb.

İşçi qrupuna Təhsil Nazirliyinin aparat rəhbərinin
müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev rəhbərlik
edir.


İşçi qrupunun üzvləri Həmzağa Orucov - "Qafqaz”
Universitetinin Tədris işləri üzrə prorektoru; Yaşar Ömərov - Təhsil
Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə
təhsil sektorunun baş məsləhətçisi; Günay Ələkbərova - Təhsil Nazirliyinin
Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi;
Rasim Hüseynov - Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri; Nazim
Abbasov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı
və akkreditasiya bölməsinin müdiri; Bəxtiyar Namazov - Azərbaycan Texniki
Universitetinin dosentidir.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər