Ru
19:10 / 23 İyun 2018

Nazir Yavər Camalov qəflətən vəfat etdi - YENİLƏNİB

7852

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

BakuPost-un "Qafqazinfo”ya istinadən məlumatına görə, Yavər Camalov qəflətən dünyasını dəyişib.

Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Evlidir, 3 oğlu var.

Allah rəhmət eləsin.

***

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.


APA-nın məlumatına görə, bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.


69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər