Ru
13:13 / 23 İyun 2017

Nazir Elnur Aslanovun postunu niyə boş saxlayıb?

3476
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri postu indiyə qədər boş qalıb. 


 

BakuPost.az-ın verdiyi xəbərə görə, şöbənin keçmiş müdiri Elnur Aslanov vəzifəsindən azad edildikdən sonra yerinə təyinat olmayıb. 


Hazırda Elektron İdarəçiliyin İnkişafı şöbəsinə orada baş məsləhətçi vəzifəsində çalışan Şəbnəm Məmmədova və böyük məsləhətçi Rauf Cabbarov rəhbərlik edirlər. Bu şöbədə aparıcı məsləhətçi Sevil Eminalıyeva, aparıcı məsləhətçi Aygün Əhmədova, məsləhətçi Nargilə Vəliyeva və məsləhətçi Elgün Vəliyev işləyir.


Bütün şöbələr üzrə müdir vəzifəsi olsa da, sözügedən sektora nazir Ramin Quluzadə tərəfindən təyinat olmayıb. 


E.Aslanov bu vəzifədən ötən ilin noyabrında çıxarılıb. Bəzi iddialara görə, sabiq məmur ABŞ-da yaşayır. Onun nurçuların lideri Fətullah Gülənlə sıx əlaqələrinin olduğu bildirilir. 

 

Hətta Gülənə "hocam” xitabı ilə yazdığı məktub da üzə çıxmışdı. Məhz həmin məktubu tirajlanmasından sonra E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsini itirmişdi. 

 

Baku Post
Nazir Elnur Aslanovun postunu niyə boş saxlayıb?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər