Ru
14:32 / 22 Fevral 2018

Nazir baş direktoru işdən çıxardı

2072
Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.


BakuPost "AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.


Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.


Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi "Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki "Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə "Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.


Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev "Üfiq” İstehsalat Birliyinə, "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə "Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər