Ru
14:31 / 20 Avqust 2017

Nazimin günahlandırdığı həkimdən açıqlama - " Biz əvvəlcədən demişdik"

1363
Dünən ölüm xəbəri yayılan müğənni Nazim Pişyari (Faytonçu) bu hala düşməsində "ElMed” klinikasını və onu əməliyyat edən həkim Elman Əzimovu günahlandırıb.

 

BakuPost.az xəbər verir ki, məsələ ilə bağlı müğənnini əməliyyat edən həkim açıqlama verib.

 

"Qaynarinfo”ya Elman Əzimovun adından açıqlama verən köməkçisi bu əməliyyatda xəstəxananın və həkimin heç bir günahının olmadığını dedi: "Belə xəstələrdə 4-5 dəfə əməliyyat riskləri olur. Biz bunu Nazim Pişyariyə əvvəlcədən demişdik. Birinci əməliyyatı Bakıda, ikinci əməliyyatı da Türkiyədə olub. Bizdə olan məlumatlara görə hazırda vəziyyəti stabildir”.  

 

Qeyd edək ki, müğənni dünən unikal.org saytına verdiyi müsahibəsində əməliyyatın uğursuz keçdiyini və sonradan fəsadlar yarandığını, bu səbəbdən də şəfa tapmaq üçün digər ölkələrə getmək məcburiyyətində qaldığını bildirmişdi.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər