Ru
18:38 / 06 May 2018

Nazim İbrahimovun qızı ailə qurdu - TOYDAN FOTOLAR

10860
Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevlə ailə həyatı qurub. 


BakuPost xəbər verir ki, toy mərasimi dünən "JW Marriott Absheron” oteldə keçirilib. 


Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib.


Qeyd edək ki, K.İbrahimova "DeCamie” moda evinin sahibidir. 


Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib. 

 

Xatırladaq ki, bir neçə gün əvvəl BakuPost N. İbrahimovun qızının toyunu təxirə saldığı barədə məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib. 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər