Ru
19:19 / 23 Aprel 2018

- Yerinə gənc deputat gətirildi Nazim İbrahimov “vuruldu”

4656
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib.


BakuPost xəbər verir ki, bu vəzifəyə Milli Məclisin Gənclər Komitəsinin sədri Fuad Muradov təyin edilib.


Məlumat üçün bildirək ki, Komitə yarandığı gündən bəri ona sədrliyi Nazim İbrahimov edib. 


Qeyd edək ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.


2011-ci ildən "Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür.


Evlidir, 2 övladı var.
 - Yerinə gənc deputat gətirildi Nazim İbrahimov “vuruldu”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər