Ru
13:34 / 22 Sentyabr 2017

Nazim efirdə əsəbiləşdi, jurnalistlə dalaşdı - VİDEO

1142

ARB TV-nin "Səhər-Səhər" verilişində qalmaqal yaşanıb.


BakuPost.az-ın məlumatına görə, proqrama qonaq qismində qatılan "Faytonçu" ləqəbli müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında dava düşüb. 


Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb.


N.Pişyari Tahirəyə bunları deyib:


"Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən".


Həmin an lentə alınan görüntüləri aşağıdakı linkdən izləyə bilərsiniz:

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər