Naxçıvanda yeni qurum yaradıldı - Talıbov fərman imzalayıb

1724
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

BakuPost-un məlumatına görə, fərmana əsasən "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilib. Agentliyin yaradılmasında məqsəd muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaqdır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər