Naxçıvanda təhsil alan 5 tələbə “Nar”dan təqaüd alacaq

722
Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən "Nar”ın Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində elan etdiyi Təqaüd proqramının nəticələri məlum olub.
 
BakuPost xəbər verir ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan,  xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə "Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. 

2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələr aşağıdakılardır:  

1.Seyidova Aytən Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs
2.Hüseynli İnci İsgəndər qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs
3.Mahmudova Aytac Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 2-ci kurs,
4.Qəhrəmanova Sevil Qəhrəman qızı, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 3-cü kurs
5.Qəmbərov Allahqulu Zəfər oğlu, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 4-cü kurs

Təqaüd proqramının qalibləri ilə görüşündə "Azerfon”un mətbuat xidmətinin rəhbəri Əziz Axundov onlara uğurlar arzulayıb və bildirib ki, təhsil və maariflənmənin inkişafı "Nar”ın xüsusi önəm verdiyi sahələrdən biridir: ""Bu təşəbbüsümüzün tələbələrə yeni bilik və bacarıqları əldə etmələri və gələcəkdə uğurlu karyera qurmalarına dəstək olacağına əminəm. "Nar"ın təqaüd proqramı növbəti illərdə də davam edəcək”. 

Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün  verilməsi planlaşdırılır. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər