Ru
14:31 / 20 Fevral 2017

Naxçıvan yolunda dəhşətli qəza: 26 azərbaycanlı yaralanıb, 5-i ölüb - VİDEO/ YENİLƏNİB

4907
"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

 

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

 

***

13:41
"İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.
 

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: "Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

 

 


 ***

 12:23


Türkiyədə dəhşətli qəza baş verib. 


Bakipost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır-Naxçıvan yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb, 20 yaralı var. 



Azərbaycanın Qarsdakı Baş konsulluğundan verilən məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.

Hadisə yerinə təcili yardım maşınları və xilasetmə qrupları sövq edilib. 

 


Nərmin
Bakı Post








I


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan yolunda dəhşətli qəza: 26 azərbaycanlı yaralanıb, 5-i ölüb  - VİDEO/ YENİLƏNİB
Naxçıvan yolunda dəhşətli qəza: 26 azərbaycanlı yaralanıb, 5-i ölüb  - VİDEO/ YENİLƏNİB
Naxçıvan yolunda dəhşətli qəza: 26 azərbaycanlı yaralanıb, 5-i ölüb  - VİDEO/ YENİLƏNİB
Naxçıvan yolunda dəhşətli qəza: 26 azərbaycanlı yaralanıb, 5-i ölüb  - VİDEO/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər