Ru
23:47 / 24 Aprel 2018

Naxçıvan mədəniyyət naziri təyin edildi

5978
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.


BakuPost-un APA-ya istinadən məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.


Sərəncama əsasən Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.


N. Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər