NATO-dan Qarabağla bağlı AÇIQLAMA

646
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb.

BakuPost-un məlumatına görə, bunu jurnalitlərə açıqlamasında alyansın Baş katibinin müavini Rouz Qottemüller deyib.

O deyib: "Biz ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayırıq".

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur: "Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq".

NATO rəsmisi həmçinin ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər