Ru
14:14 / 19 Mart 2018

“Nar”dan sosial mediada “Novruz çarxı” kampaniyası

3393
"Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Mobil operatorun Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən "Nar” istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları  qazanacaqlar.  


Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə – əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat "Nar”-ın sosial media səhifələrində təqdim ediləcək. 

 

“Nar”dan sosial mediada “Novruz çarxı” kampaniyası
“Nar”dan sosial mediada “Novruz çarxı” kampaniyası
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər