Ru
13:15 / 21 İyul 2018

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

4213

"Nar TV” xidmətinə qoşulan yeni abunəçilər indi TV tüner cihazını
pulsuz əldə edəcəklər. Yalnız bir TV tüner kifayət edir ki, abunəçilər yüksək
keyfiyyətli rəqəmsal TV xidmətindən yararlana bilsin. Xidmətə qoşulmaqla
abunəçilər usta axtarışı, anlaşılmaz menyu və vaxt itkisi kimi çətinliklərdən
azad olur.


Qeyd edək ki, pulsuz TV tüner cihazını əldə etmək üçün heç bir əlavə
şərt yoxdur. Sadəcə, xidmətə qoşulmaq kifayətdir. "Nar TV” xidməti
istifadəçilərə 60-dan çox kanalı yüksək keyfiyyətdə izlmək imkanı verir. Kanallar
idman, kino, xəbər və əyləncə kimi geniş mövzuları əhatə edir və Azərbaycan,
ingilis, türk və rus dillərində yayımlanır.



Kampaniya sentyabr ayının sonunadək davam edəcək. "Nar TV” xidmətinin
aylıq abunə haqqı cəmi 10 AZN-dir. "Nar
TV” xidməti Naxçıvan şəhərində fəaliyyət göstərir. Ətraflı məlumat üçün 012 444
0 744 nömrəsinə zəng edə və ya nar.az saytına daxil ola bilərsiniz. Nar.az saytına daxil olaraq xidmətə
daxil olan kanalların tam siyahısını əldə edə bilərsiniz.


"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər