Ru
12:55 / 17 Oktyabr 2018

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə etdi

2615
Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən "Nar”ın abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi ""Nar”ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşıb.

 

BakuPost xəbər verir ki, 10-12 oktyabr tarixləri arasında internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazananıblar. 


https://www.nar.az/nar-questions.html səhifəsində keçirilmiş müsabiqədə dörd mindən çox insan iştirak edib. Mobil operator haqqında verilən bütün suallara düzgün cavan verən 50-dən çox insan 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən 3400-dən çox istifadəçi isə 50 şəbəkədaxili dəqiqə qazandı. "Nar”-ın sosial şəbəkə hesablarında keçirilmiş müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosail layihələri (KSM) və sponsorluq faəliyyəti haqqında olub. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər