Ru
21:38 / 26 May 2018

Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı - Yaralılar var/ FOTO

3086
Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib.


BakuPost-un "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, İbrahimov Dilqəmin "05-BE-640” nömrəli, Elmir Hüseynovun "99-JD-403” nörməli və Elçin Qarayevin "99-HJ-256” nömrəli avtobusları toqquşub.


E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.


Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.


Xəsarət alan sərnişinlər bunlardır:


Bakı sakini Cavadova Yana – 51 yaş


Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş


Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş


Bakı sakini Şayxatarov Renat – 58 yaş

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər